Logistika və Təchizat Zənciri

Logistika və Təchizat Zəncirinin idarə olunması üzrə iş axtarıram. Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirmişəm və Böyük Britaniyanın "Lincoln" Universitetinə "International Logistics" ixtisası üzrə magistr pilləsinə daxil olmuşam. Hal-hazırda Bakı şəhərində yaşayıram. İngilis dilini bilirəm (IELTS 6,5). Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2012 və 2014-cü illərdə 1 ay müddətində təcrübədə olmuşam. Oxuduğum kitablar: Logistikanın Əsasları (T.İmanov), The Toyota Way, The Box və s.

Hazırda bu sahə üzrə biliklərimi daha dərinləşdirmək üçün xarici universitetlərdə distant təhsil əsasında beynəlxalq sertifikatlaşdırma proqramlarında iştirak edirəm. Bunlara ABŞ-ın 1 nömrəli universiteti olan Massachusetts, Koreyanın Kaist Universiteti və ABŞ-ın Pennsylvania universitetlərini misal göstərə bilərəm. Daima öz üzərimdə işləyirəm, işimə məsuliyyətlə yanaşıram.

E-mail: [qeydiyyatdan sonra]
Əlaqədar şəxs: Elmar Əliyev
Vəzifə: Logistika və Təchizat Zənciri mütəxəssisi
Telefon: 055-935-33-21
Cins: Kişi
İş təcrübəsi: 1 ildən aşağı
Təhsil: Ali