İnternet marketinq üzrə könüllü

IRIX İnformasiya texnologiyaları şirkəti tam və ya yarım ştat olaraq praktika əldə etmək üçün könüllü əsaslarla işləmək arzusunda bilik və bacarıqlı, yaradıcı gəncləri aşağıda qeyd olunan vəzifələrin icrası üçün komandamıza qoşulmağa dəvət edir.
Tələblər:
1. Könüllülük əsasda işləmək istəyi
2. Qeyd olunmuş sahə üzrə inkişaf etmək və karyera qurmaq istəyi
3. Yaradıcılıq qabiliyyəti
4. Çalışqan, əzimli və sərbəst özünü inkişaf etdirə bilmə bacarığı
5. Bilmədiklərini araşdırıb, oxuyub öyrənmək və öyrətmək istək və bacarığı
6. Azərbaycan, Rus və ingilis dillərindən ən az ikisini sərbəst oxuma və başa düşmə səviyyəsində bilmək
7. Sərbəst kompüter istifadəçisi olmaq, ofis proqramları (Word, Excel, Power Point), internetdə axtarış xidmətlərindən istifadə bilikləri
Vəzifələr:
Şirkətin məhsullarının, xidmətlərin keçirilən kampaniyaların reklamı
Maraqlı mövzular tapmaq, məqalələr hazırlamaq
Maraqlı video materiallar hazırlamaq
Şirkətin sosial media səhifələrində reklamların yerləşdirilməsi, paylaşılması
Email reklamların hazırlanması və göndərilməsi
Onlayn mağaza vasitəsi ilə konsultasiya və satış
Onlayn mağazanın SEO və content management işlərini görmək
Ofisə gələn müştəriləri məhsul və xidmətlər haqda məlumatlandırmaq, pərakəndə satışı həyata keçirmək
İş şəraiti:
Müvafiq sahə üzrə bilik, bacarıqların və praktikanın artırılması
Təcrübədə özünü doğruldan şəxslərə şirkətimizdə iş təklif olunma imkanı
İş vaxtı: İndividual razılaşma əsasında tam, yarım və ya növbəli iş qrafiki
Əmək haqqı: Ödənişsiz və ya individual razılaşma əsasında qismən ödənişli    

Əlaqədar şəxs: HR Department
Vəzifə: İnternet marketinq üzrə könüllü
Şirkətin adı: IRIX
Telefon: (+99412) 437-84-81
Elanin xarakteri: Təklif
İş təcrübəsi: 1 ildən aşağı
Təhsil: Natamam ali
Ünvan: AZ1065, г. Баку Джафара Джаббарлы 44, 10-й этаж Ясамальский район